Dünən II Liqanın 2024/25 mövsümünün püşkü atıldı.

Tədbirdə ilk turda üz-üzə gələcək cütlüklər bəlli olub. "Şahdağ Qusar"ın rəqibi "Dinamo" oldu. Qarşılaşma ilə bağlı fikirlərini və mövsüm üçün müəyyən edilən hədəflərini bölüşməsi üçün Rahid Əmirquliyevə üz tutduq. Azərbaycan millisinin sabiq üzvü Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Çempionatın başlamasına az qalıb. Dünən püşk atıldı və "Dinamo" rəqib kimi müəyyən edildi. Bizi çətin oyun gözləyir. Birinci və ikinci turlar hər zaman bir az ağır olur. Rəqibdən asılı olmayaraq, ciddi problemlərə hazırlıqlı olmaq lazımdır. Bu il əsas hədəfimiz çempionluqdur. İnşallah, çempion olub I Liqaya vəsiqə qazanacağıq.

Keçən il çempionat maraqlı keçdi. Bu mövsüm də elə olacağına inanıram. Hədəfimizə çatmaq və I Liqada çıxış etmək istəyirik."