"Qalatasaray" koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Superliqasının bərpasından sonra ilk ev matçına hazırlaşır.
Offsideplus.az xəbər verir ki, azarkeşsiz keçiriləcək oyunlarda İstanbul klubu yalnız olmayacaq. Klub azarkeşlərinin razılığı ilə karton azarkeşlər hazırlayıb. Onların arasında yanvarda helikopter qəzasında həyatını itirən əfsanəvi basketbolçu Kobi Brayant da yer alıb. Sabiq NBA ulduzu 2012-ci ildə Türkiyəyə səfəri zamanı "Qalatasaray"ın stadionunda olub.
Qeyd edək ki, iyunun 21-i saat 22:00-da başlayacaq oyunda "Qalatasaray" "Qaziantep"i qəbul edəcək.