Novak Cokoviç "Avstraliya Open" turnirində 15-ci dəfə yarımfinala yüksəlib.
Offsideplus.az xəbər verir ki, onun 1/4 finaldakı rəqibi Lorentso Muzetti 3-cü setdə zədəsinə görə görüşdən çəkilməli olub.
Üstəlik, italiyalı tennisçi ilk 2 seti qalib başa vurmuşdu.
Cokoviçin yarımfinaldakı rəqibi Yannik Sinner - Ben Şelton cütünün qalibi olacaq.
Qadınların mübarizəsində də bütün yarımfinalçılar müəyyənləşib. Bu mərhələdə cütlər belədir:
Arina Sabalenka (1) - Elina Svitolina (12)
Cessika Pequla (6) - Yelena Rıbakina (5)


