Mayın 5-də Gəncədə, 6-da isə Tovuzda 12 yaşlı qızlar arasında "Bahar turniri" keçiriləcək.
Offsideplus.az xəbər verir ki, AFFA-nın təşkilatçılığı Gəncə şəhər stadionunda təşkil ediləcək yarışda Gəncənin 12, Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək turnirdə isə Tovuzun 12 komandası mübarizə aparacaq. Hər region üzrə qrup və final oyunları eyni gündə keçiriləcək. İştirakçı komandalar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqdır.
Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Bahar turniri” növbəti iki regionda keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə U-12 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.