Gürcüstan millisi Monqolustanla yoldaşlıq oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, Batumidəki baş tutan görüşdə meydan sahibləri 6:1 hesabı ilə qalib gəliblər.
“Sabah”ın hücumçusu David Volkov Gürcüstan yığmasında start "11-lik"də meydana çıxıb. O, oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 15-ci dəqiqədə hesabı açan Volkov 58-ci dəqiqədə Giorgi Çakvetadzeyə qol ötürməsi edib. O, 71-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Qarabağ"ın qapıçısı Luka Quqeşaşvili 46-cı dəqiqədə meydana daxil olub. “Neftçi”nin müdafiəçisi Solomon Kvirkveliya isə ehtiyat oyunçular skamyasında yer alıb.