FIFA referisi Hikmət Qafarlı beynəlxalq təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, martın 21-dən 26-dək 19 yaşadək futzalçılardan ibarət komandalar arasında təşkil olunan AÇ-2023-ün əsas mərhələsinin 2-ci qrupunun oyunlarını idarə edəcək.

Serbiyada təşkil olunacaq bu qrupun oyunlarında meydan sahibləri ilə yanaşı Ukrayna, Rumıniya və Monteneqro futzalçıları iştirak edəcək.