"Real"ın klublararası dünya çempionatının finalında "Əl-Hilal"ı (5:3 ) məğlub etdiyi oyun hücumçu Kərim Benzema üçün əlamətdarlığı ilə yadda qalıb. 

Offsideplus.az xəbər verir ki, fransalı forvard "Kral klubu"nda 25-ci kubokunu qazanıb. O, Madrid təmsilçisində ən çox titul qazanan Marselonun rekorduna şərik olub. 

Qeyd edək ki, klub tarixində heç kim bu iki futbolçu qədər kubok qazanmayıb. Daha bir titu əlldə olunarsa, Benzema  mütləq rekordçuya çevriləcək.