Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Offsideplus.az IFFHS-in saytına istinadən xəbər verir ki, 301 komandanın yer aldığı siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” qərarlaşıb.
Ağdam təmsilçisi ötən ayla müqayisədə 9 pillə irəliləyərək 143 xalla 69-cu sırada yer alıb.
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın “Gent” klubu isə 117 xalla 109-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahının ilk "3-lüy"ündə “Flamenqo” (Braziliya – 299 xal), “Palmeyras” (Braziliya – 284) və “Liverpul” (İngiltərə – 265) yer alıb.