Xorvatiya yığmasının sabiq baş məşqçisi Miroslav Blajeviç uzun sürən xəstəlikdən sonra 87 yaşında vəfat edib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis 1994-2000-ci illərdə Xorvatiya millisinə rəhbərlik edib və məhz onun rəhbərliyi altında xorvatlar AVRO-96-nın 1/4 finalına yüksəlib, DÇ-98-də isə bürünc medal qazanıb.
Məşqçinin son iş yeri 2015-ci ildə tərk etdiyi Xorvatiya “Zadar”ı olmuşdu.