"Qarabağ" Rusiya "Krasnodar"ına satdığı futbolçusu Kadi Borgeslə vidalaşıb. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım olunub. Ağdam təmsilçisi braziliyalı yarımmüdafiəçiyə təşəkkür edib və ona uğurlar arzulayıb: 

"Kadi Borgesə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Təşəkkürlər, Kadi!"

Xatırladaq ki, ötən gün "Krasnodar" braziliyalı oyunçu ilə 2026-cı ilin yayınadək müqavilə imzalayıb. 

Qeyd edək ki, Kadi 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. O, cari mövsüm 31 oyunda 8 qol vurub və 11 məhsuldar ötürmə edib. 

176140 t6uv42d6v0