Gənclərdən ibarət Kolumbiya millisinin üzvü Andres Balanta dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyası məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi çərşənbə axşamı məşq zamanı, huşunu itirib. Onun infarkt keçirdiyi ehtimal edilir.

Qeyd edək ki, ötən mövsüm Balanta "Deportivo Kali"nin heyətində Kolumbiya çempionu olub.