Belçikalı ulduz Eden Hazardın 2013-cü ildə "Suansi"yə qarşı oyunda təpiklədiyi uşaq "The Times" nəşrinin "Gənc Zənginlər" siyahısına düşüb.

Offsideplus.az xəbər verir ki, o dönəm "Suansi"də top daşıyanlıq edən Çarli Morqan klubun ən böyük səhmdarlarından olan Martin və Luisanın övladıdır. Çarli məktəbi başa vurandan sonra bir dostluyla birlikdə alkoqol şirkəti qurublar. Dünyanın 40 ölkəsində satılan içkinin tanınmasında Floyd Meyvezor və Ronaldinyonun böyük rolu olub.

Eden Hazardla yaşadığı olaya görə məşhurlaşan Çarli Morqanın hazırda 40 milyon sterlinq məbləğində sərvəti var. O, "The Times" nəşrinin  "Gənc Zənginlər" siyahısında 24-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, top daşıyan uşağı təpiklədiyi üçün Eden Hazard qırmızı vərəqə ilə cəzalandırılmışdı.