"Real" "Mançester Yunayted"ə transfer olunan futbolçusu Kazemiro üçün vida mərasimi təşkil edib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi tədbir zamanı bu sözləri deyib:
“Burada inanılmaz dərəcədə möhtəşəm zaman keçirdim. Bu klub qalib gəlməyə davam edəcək, çünki bu komandanın tarixində var olan bir şeydi. Bunu açıq şəkildə bildirmək istəyirəm ki, bir gün yenidən azarkeşlərin sevgisini görmək, bu klubda oynamaq üçün qayıdacağam. "Real"da öyrəndiklərim gələcək karyeram üçün mənə böyük güc verir. Klub prezidentinə təşəkkür edirəm. Bu klub sizinlə irəlidə də qalib gəlməyə davam edəcək və parlaq gələcəyi olacaq".
Mərasimdə klubun idarə heyətinin üzvləri, baş məşqçi Karlo Ançelotti, komandanın futbolçuları - Valverde və Odriozola iştirak ediblər. Prezident Florentino Peres Kasemiroya "Real"ın "Qızıl və Brilyant" nişanını təqdim edib. Tədbir braziliyalının klubda oynadığı müddətdə qazandığı 18 kubokla şəkil çəkdirməklə yekunlaşıb.
Qeyd edək ki, Kazemiro 2013-cü ildən "Real"da çıxış edirdi.