FIFA-nın keçmiş prezidenti Yozef Blatter özünü pis hiss edib.

Offsideplus.az xəbər verir ki, bu, isveçrəli keçmiş funksionerin Bellintson şəhər məhkəməsində fırıldaqçılıq işi ilə bağlı ifadə verdiyi vaxt baş verib. 86 yaşlı Blatter nəfəsalma ilə bağlı problemlərindən şikayətlənib.

Qeyd edək ki, Yozef Blatter və UEFA-nın keçmiş prezidenti Mişel Platini fırıldaqçılıqda ittiham olunurlar.