Seneqal millisi və "Napoli"nin futbolçusu Kalidu Kulibali xeyriyyə addıı ilə gündəmə gəlib.

Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi koronavirusla mübarizədə ölkəsinə dəstək vermək qərarına gəlib. Belə ki, o, yerli xəstəxanalar üçün təcili yardım maşınları, tibbi avadanlıqlar, xərək və dərmanlar alıb.

Bütün bunlar Neapoldan gələn gəmi ilə Seneqala çatdırılacaq.