"Barselona"ın baş məşqçisi Ronald Kuman xəstəxanaya aparılıb.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, buna 58 yaşlı mütəxəssisin panik atak keçirməsi səbəb olub. Bu barədə klubun prezidenti Xuan Laporta məlumat yayıb. O, Kumanın vəziyyətinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, niderlandlı çalışdırıcı gələn mövsüm Kataloniya təmsilçisində qalacağından əmin deyil və hazırkı situasiya onun əsəb sarsıntısı keçirməyinə yol açır.