Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Ağdam səfəri barədə paylaşım edib.
Offsideplus.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, "Qarabağ" klubunun sabiq baş məşqçisi və futbolçusu Allahverdi Bağırovun da məzarını ziyarət edən 65 yaşlı mütəxəssis sosial şəbəkə hesabında bu sözləri yazıb:
"Qarabağ"ın Ağdamdakı stadionunu ziyarət etdim. Mən hazırda "İmarət" stadionundayam. Məlum səbəblərə görə indi yalnız xarabalıqlar görürük. Ancaq ümid edirəm ki, "Qarabağ" tezliklə burada yenidən qurulan və yenilənmiş stadionda oynaya biləcək".