Voleybolçu qadınlar arasında 1968-ci ildə SSRI yığmasının heyətində Yay Olimpiya Oyunlarının qalibi olan Vera Lantratova vəfat edib.

Offsideplus.az xəbər verir ki, keçmiş idmançı 74 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat verilməyib.

Bakıda anadan olmuş Vera Lantratova klub səviyyəsində yalnız "Neftçi" komandasında çıxış edib. Lantratova "ağ-qaralar"ın heyətində 1966 və 1970-ci il SSRİ çempionatlarıının bürünc mükafatçısı olub. 1967-ci ildə isə o, Azərbaycan SSR yığmasının tərkibində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasında gümüş medalını qazanıb.

Azərbaycanlı olimpiya çempionu vəfat etdi