Rusiyalı Mütləq Döyüş çempionu Həbib Nurmaqomedov futbolçu olmaq xəyalı barədə açıqlama verəndən sonra ona gələn təkliflərdən danışıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə qatıldığı "Youtube"  verilişində söz açıb. Dağıstanlı döyüşçü qeyd edib ki, onunla "Al-Vasl", "Fənərbağça" klubları maraqlanıb. Bundan əlavə, isveçli ulduz Zlatan İbrahimoviç də "Milan"a gəlməsini təklif edib.

"Al-Vasl" adlı klubdan təklif aldım. "Fənərbağça" da komandaya qatılmağımı təklif etdi. Zlatan İbrahimoviç də "Milan"a gəlməyim üçün təklif göndərdi".