İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldo "Golden Foot" (Qızıl Ayaq) mükafatına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçunun mükafatı alacağı dekabrın 1-də elan edilsə də, koronavirus pandemiyası səbəbindən təqdimetmə gecikib.
"Golden Foot"u alanlar Monte Karlodakı Çempionlar Xiyabanında ayaq izlərini buraxırlar.
Qeyd edək ki, "Golden Foot" 2003-cü ildən verilib. Bu mükafat futbolçulara həm komanda şəklində, həm də şəxsi idman uğurlarına görə verilən illik beynəlxalq mükafatdır və ən azı 29 yaşında olan oyunçulara verilir.