FİFA-nın sabiq prezidenti Jozef Blatter noyabr ayında koronavirusa yoluxduğunu açıqlayıb.

Offsideplus.az "The Athletic"ə istinadən xəbər verir ki, 84 yaşlı funksioner açıqlamasında 3 həftəyə qədər xəstəxanada qaldığını bildirib. Təxminən 3 həftə öncə koronavirus xəstəliyini keçirdiyini deyən Blatter indi özünü yaxşı hiss etdiyini qeyd edib.

Xatırladaq ki, Jozef Blatter 1998 - 2015-ci illərdə FIFA-ya rəhbərlik edib.