Məlum olduğu kimi tanınmış gitara ifaçısı Nofəl Süleymanov ehtiyatsızlıqdan oğlu tərəfindən qətlə yetirilib.

Offsideplus.az xəbər verir ki, mərhum musiqiçinin bacısı oğlu idmançı Anar Süleymanovla əlaqə saxlanılıb. Anar bildirib ki, Şövqi ehtiyyatsızlıqdan atasını güllələyib, hazırda şok vəziyyətindədir:

"Hazırda hadisə yerindəyəm. Polislər burdadır. Ekspertiza aparırlar. Oğlu şokdadır. Ekspertizanın rəyindən sonra dayım Ağcabədidə dəfn olunacaq".(milli.az)