"Arsenal", "Real Madrid", "Atletiko Madrid" və "Sevilya"nın formasını geyinən Xose Antonio Reyesin ölüm səbəbi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 2019-cu ilin 1 iyununda yol qəzasında həyatını itirən futbolçunun ölümünə səbəb kimi yüksək sürət göstərilsə də, ölümündən bir il sonra araşdırmanın fərqli nəticəsi açıqlanıb.
Reyesin idarə etdiyi avtomobil 120 km sürət icazəsi olan yolda 187 km sürətlə qəza etmişdi. Buna görə də ilkin versiya yüksək sürət idi.
Bu gün isə açıqlanan rəsmi sənəddə qəzanın avtomobilin arxa təkərinin qırılması üzündən baş verdiyi bəlli olub. 200 metr o formada sürülən avtomobil sürücünün nəzarətindən çıxıb.
Reyesin idarə etdiyi lüks avtomobilin təkəri qəzadan bir neçə gün əvvəl qohumu Conatan tərəfindən evinin qarajında təmir olunub.
Qeyd edək ki, sözügedən qəzada Reyeslə yanaşı Conatan da vəfat edib.