"Aston Villa"nın kapitanı Cek Qriliş karantin qaydalarını pozub.
Offsideplus.az "The Guardian"a istinadən xəbər verir ki, gecəni tanışının yanında keçirən 25 yaşlı yarımmüdafiəçi "Range Rover"i ilə parklanmış vəziyyətdə olan iki "Mercedes"i əzib.Futbolçu xəsarət yetirdiyi avtomobillərin sahiblərinə dəyən zərəri ödəyəcəyini bildirib.
Qeyd edək ki, hadisə Qrilişin koronavirusu ilə əlaqədar hamını evdə qalmağa və digər insanlarla iki metr ara məsafəsi saxlamağa səsləyən video paylaşdıqdan bir neçə saat sonra yaşanıb.