Türkiyənin Bursa şəhərində koronavirus şübhəsi ilə aprelin 23-də müalicə aldığı xəstəxanada vəfat edən 5 yaşlı Kasım Toktaşın əsl ölüm səbəbi bəlli olub.
Offsideplus.az xəbər verir ki, K.Toktaşın atası, hazırda həvəskar liqada "Bursa Yıldırımspor"da çıxış edən futbolçu Cevher Toktaş 11 gün sonra oğlunu boğaraq öldürdüyünü etiraf edib.
2008/2009 mövsümündə "Hacettepespor"la Türkiyə Super Liqasında çıxış etmiş 33 yaşlı yarımmüdafiəçi məhkəmədə oğlunu sevmədiyi üçün öldürdüyünü deyib: "Oğlum çırpınırdı, amma mən ölənə qədər basmağa davam etdim. Mənim iki oğlum var. Ölən oğlumu doğulduqdan sonra heç sevmədim, niyə sevmədiyimi də bilmirəm. Onu boğaraq öldürməyimin səbəbi, sadəcə onu sevməməyimdir. Sağlamlıqla bağlı və psixi problemlərim yoxdur".
Qeyd edək ki, Cevher Toktaş məhkəmə zalında həbs olunub.