Top-5 liqalarında mövsüm bitdikdən sonra avqustda avrokuboklar bərpa olunacaq.
Offsideplus.az xəbər verir ki, bununla bağlı UEFA və Avropa Klublar Assosiasiyası (ECA) arasında dünənki videokonfrans zamanı razılığa əsasən, İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa milli çempionatları iyulun 31-dək başa çatdırılmalıdır.
Liqaları iyulun sonunadək yekunlaşdırmaq mümkün olmayacağı təqdirdə avqust ayının ilk istirahət günlərinin çempionat matçlarının keçirilməsi üçün istifadə oluna biləcəyi ilə bağlı razılıq da əldə olunub.
Çempionlar Liqası və Avropa Liqası oyunlarının həftəiçi oynanılması müzakirə olunur. 1/4 final mərhələsinin qarşılaşmalarının isə bir oyunluq sistemlə təşkili nəzərdən keçirilir.
Qeyd edək ki, UEFA bu gün ölkə çempionatlarının yeni təqvimini və liqalar ləğv olunacağı halda növbəti mövsümdə avrokuboklara gedəcək komandaların hansı üsulla seçiləcəyini müəyyənləşdirmək üçün quruma üzv olan 55 milli assosasiya ilə növbəti dəfə videokonfrans keçirəcək.