İngiltərənin "Lids Yunayted" klubunun əfsanəvi futbolçusu Norman Hunter dünyasını dəyişib.
Offsideplus.az BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı keçmiş müdafiəçi xəstəxanada koronavirusdan vəfat edib.
Hunterin koronavirus testi aprelin 10-da müsbət nəticələnib və o, xəstəxanaya aparılıb.
Qeyd edək ki, Norman Hunter 1962 - 1976-cı illərdə "Lids Yunayted"in formasını geyinib. O, iki dəfə (1968/1969, 1973/1974) İngiltərə çempionatının qalibi olub. Müdafiəçi 1966-cı ildə İngiltərə yığmasının heyətində dünya çempionatını da qazanıb.