UEFA bu gün quruma üzv olan 55 milli assosiasiyanın baş katibləri ilə videokonfrans keçirib.
Offsideplus.az xəbər verir ki, görüş zamanı iki həftə əvvəl yaradılmış İşçi Qrupun nail olduğu inkişaf barədə yenilənmiş informasiya bölüşülüb yarışların yenidən təxirə salınması üçün təklif olunan 3 variant - çempionatların mayın ortasında start götürməsini, bu plan baş tutmayacağı halda, bərpa müddətinin mayın sonuna qədər uzadılmasını və son olaraq liqaları iyunun ortasında başlatmağı təklif edilib.
UEFA prezidenti Aleksander Çeferin bu gun çempionat matçlarının keçirilməsi üçün mövsümün uzadılacağını açıqlayıb. Turnirlərin bərpa vaxtı hələlik dəqiq deyil. Ancaq UEFA birmənalı şəkildə nümayiş etdirib ki, yarışların başa çatmasını istəyir və bunun üçün yollar axtarır.
Qeyd edək ki, hazırda dünyada yayılan koronavirus pandemiyası səbəbindən Avropada Belarusdan başqa bütün ölkələrdə çempionatlar dayandırılıb.