PSJ prezidenti Nasser Əl-Xelaifi FIFA Klub Dünya Kubokunun yenilənmiş tərtibatı ilə bağlı səslənən tənqidlərə cavab verib.

Offsideplus.az xəbər verir ki, klub rəhbəri bunları söyləyib:

"Bütün komandalar klublararası dünya çempionatında iştirak etmək istəyirlər. Narazılığı olan futbolçular və ya klublar burada oynamaya bilərlər. Bəli, şikayətləriniz varsa, oynamayın".

Qeyd edək ki, FIFA Klub Dünya Kubokunun yeni tərtibatı üzrə iştirakçıların sayı 7 komandadan 32 komandaya yüksəldilib.