Kerem Aktürkoğlu sosial media hesabında canlı yayım zamanı izləyicilərinin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, futbolçu tutduğu komanda haqqında sual verilməməsini istəyib:
"Hansı klubun azarkeşi olduğum soruşulmamalıdır. Nə mən getdim, nə də siz. Mən də "Qalatasaray" tərəfdarıyam. Qələbə qazananda sevinirəm, məğlub olanda üzülürəm".
Türk ulduz "sarı-qırmızılar"ın RFS ilə oyunu barəsində də danışıb:
"Çox məyus oldum. Orda uduzanlar dostlarımdır. Onlar dəstək olmaq lazımdır. "Cimbom" belə çətin vəziyyətlərin öhdəsindən tez gələn komandadır".
Kerem İkardi və Barış Alperle küsülü olmadıqlarını söyləyib:
"İkardi ilə aramızda heç nə yoxdur. Daha ötən gün danışdıq. Barışla da problemimiz yoxdur. Həyatın gedişatıdır. Hamı ilə səmimi ola bilmirsiz. Çox yaxşı oyunçu və insandır. Uğurlu da olacaq".
Qeyd edək ki, Aktürkoğlu "Benfika" forması ilə meydana çıxdığı 5 matçda 4 qola və 2 məhsuldar ötürməyə imza atıb.