"Yuventus" Pol Poqba haqqında yeni qərar verib.
Offsideplus.az xəbər verir ki, fransalı ötən ilin sentyabrında dopinq testi pozitiv nəticələndiyinə görə 4 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Turin təmsilçisinin isə futbolçu ilə 2026-cı ilə qədər olan müqaviləyə xitam verməyin yollarını araşdırmağa başladığı iddia olunur. Bu barədə İtaliya mediasında "Tutto Mercato" məlumat yayıb.
Həmçinin, ilinə 8 milyon avro maaş alan oyunçuya cəmi 42 min avro maaş verilməyə başlanıldığı qeyd olunub.
Xatırladaq ki, Poqba karyerası ərzində 1-i Dünya Kuboku olmaqla 15 kubok qazanıb.