Paris 2024 Yay Olimpiya Oyunlarında voleybol üzrə İtaliya millisi çempion oldu. Yığmanı uğura daşıyan əsas adlardan biri də Paulo Eqonu idi.

Offsideplus.az xəbər verir ki, voleybolçu turnirdə çox yaxşı performans sərgiləməsinə baxmayaraq irqçiliyə məruz qalıb. Əvvəlcə, ölkənin Avropa Parlamenti millət vəkili Roberto Vannaccinin olimpiya çempionu haqda "bədənsəl özəlliklərinin italyanların çoxundan fərqli olmasını" bildirib.

Daha sonra italiyalı rəssam Laika Romada divarlardan birinə Paulo Eqonun şəklini çəkib. Lakin əsər bərbad hala salınıb.

.

Rəsmdə Eqonun dəri rəngi dəyişdirilib və üzərində "irqçiliyə, nifrətə, millətçiliyə, cəhalətə son" yazılmış top silinib. 

İtaliya prezidenti Serxio Mattarella Paris 2024-ün qalibi olan milli komanda ilə görüş keçirib. Toplantıda yarışın "ən dəyərli oyunçusu" seçilən Paola Eqo da iştirak edib və bu ifadələri səsləndirib:

"Görüntüləri 5 dəfə izlədim, hər dəfəsində də ağladım. Belə əla nəticə əldə etməyimizə kömək etdiyinə və bizi mümkün olan ən yaxşı formaya gətirdiklərinə görə hər kəsə təşəkkür etmək üçün söyləyəcək çox az şeyim var"