Derbidə gərgin anlar yaşanıb. 15 nəfər yaralanıb, ən azı 2 şəxs polis tərəfindən saxlanılıb.
Offsideplus.az xəbər verir ki, hadisə İtaliya kubokunun II turunda "Cenoa" - "Sampdoriya" oyununda baş verib. Görüşdən əvvəl və sonra komandaların azarkeşləri arasında mübahisə yaşanıb. Həmçinin tərəfdarlar güc strukturunun əməkdaşlarına da müqavimət göstəriblər.
Polis bibər qazı və təzyiqli sudan istifadə edib. Azarkeşlər alovlu vasitələr və daşlarla qarşılıq veriblər.
Qeyd edək ki, matçın əsas vaxtı "1-1" başa çatdıqdan sonra "Sampdoriya" penaltilərdə "6-5" hesabı ilə qalib gəlib.