"Əl-Nəsr"in hücumçusu Kristiano Ronaldo sabiq komanda yoldaşı Rafael Varanın futbolçu karyerasını bitirməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, "Görkəmli karyera, futbol əfsanəsi! Təbrik edirəm, qardaş! Ümid edirəm ki, tezliklə görüşəcəyik," - deyə Ronaldo Varanın sosial şəbəkədəki paylaşımına şərh yazıb.

Xatırladaq ki, Varan əvvəlcə "Real" sonra isə "Mançester Yunayted"də çıxış edib.