Karyerasında “Roma”, “Real”, “İnter”və “Milan” kimi komandalarda çıxış edən italiyalı hücumçu Antonio Kassano Kristiano Ronaldo haqqında sərt fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, o açıqlamasında bildirib: "Ronaldo futbol oynamağı bilmir. O, karyerasını 3000 qolla da tamamlaya bilər, bu mənim marağımda deyil."

Kassano “Hiquain, Aquero, Benzema, Levandovski, Zlatan, Suarez - bu futbolçular komanda yoldaşları ilə necə bir əlaqə oyunu oynamağı bilirlər. Ronaldodan fərqli olaraq, onlar çox fərqli şeylər edə bilir. Ronaldonun yeganə məqsədi qol vurmaqdır” – deyə vurğulayıb.