"Real"dan (Madrid) ayrılan Eden Hazard peşəkar səviyyədə oynamağa davam etməyə hazır olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə belçikalı futbolçu  "RTBF.be" açıqlamasında deyib. O, gələcək karyerası ilə bağlı danışarkən bunları qeyd edib:  

"Düzünü desəm, hələ ki, bilmirəm. Üç çətin ildən sonra sadəcə ailəmlə vaxt keçirmək və hamı kimi tətilə getmək istəyirəm.

Son bir neçə gündə haqqımda çıxan bir çox boş şeylər oxuduq. Özümü hələ də peşəkar səviyyədə oynamağa qadir hiss edirəm, amma eyni zamanda, iki-üç il fasilə verdim. Hələ bir az enerjim qalıb", -  deyə "Kral klubu"nun sabiq yarımmüdafiəçisi bildirib.

Qeyd edək ki, iyunun əvvəlində Madrid klubu 32 yaşlı belçikalının gedişini açıqlamışdı. Daha əvvəl Hazardın karyerasını başa vura biləcəyi bildirilirdi.

Fəqan İbrahimli