"Liverpul"un futbolçusu Məhəmməd Salahın evi qarət olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Hücumçunun Misirin paytaxtı Qahirədəki villasına oğrular girib. 

 Polislərin araşdırmasından sonra məlum olub ki, evə ziyan vuran quldurlar bir neçə elektrik cihazı oğurlayıblar. Qarətçilərin axtarışı davam etdirildiyi bildirilib.