Suriya millisinin sabiq futbolçusu Nadir Cohadar ölkədə baş verən zəlzələ nəticəsində həlak olub. 

Offsideplus.az xəbər verir ki, bu barədə Suriya Futbol Assosiasiyası məlumat yayıb.

Xəbərə görə, Cəblə şəhərində vəfat edənlər arasında 46 yaşlı keçmiş hücumçu və oğlu Taac Cohadar da var.

Nadir Cohadar Suriya yığmasının heyətində 14 oyuna çıxıb və 9 qol vurub.

Qeyd edək ki, zəlzələ səbəbindən Suriyada ölənlərin sayı 1060 nəfərə çatıb.