"Yuventus"un və Uruqvay millisinin sabiq yarımmüdafiəçisi Fabian O'Nil vəfat edib. 

Offsideplus.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Xəbərə görə 49 yaşlı sabiq futbolçu şənbə günü mədə-bağırsaq qanaxması ilə Montevideo xəstəxanasına aparılıb. O, reanimasiyada dünyasını dəyişib.

O'Nil uzun müddət alkoqol asılılığı ilə mübarizə aparırdı. Bunun nəticəsində onda qaraciyər sirrozu inkişaf etmişdi.

Qeyd edək ki, O'Nil  yarımmüdafiəçi futbolçu karyerası ərzində Uruqvayın "Nasional" (1992-1995, 2003), İtaliyanın "Kalyari"(1996-2000), "Yuventus" (2000-2001), "Peruca"(2002) çıxış edib. O, 1993-2002-ci illərdə isə formasını geyindiyi Uruqvay millisi ilə 19 oyunda meydanda olmuşdu.