"Barselona"nın hücumçusu Ansu Fati qəza keçirib. 

Offsideplus.az  xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərə görə, o, avtomobil idarə edən zaman motosikletçi ilə toqquşub. Hadisə zamanı motosikletçi ağır xəsarət alıb. Gənc hücumçu qarşı tərəfin zədəsinə görə onunla birlikdə xəstəxanaya gedib.

Qəza nəticəsində futbolçunun heç bir xəsarət almadığı bildirilir.