AFFA rəhbərliyi 75 yaşının tamam olması münasibətilə Ağasəlim Mircavadovu təbrik edib.
Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 22-də Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordeni laureatı, hazırda fəaliyyətini AFFA-nın Məşqçilər Komitəsinin üzvü olaraq davam etdirən Ağasəlim Mircavadovun 75 yaşı tamam olacaq. Bu münasibətlə AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyev yubilyarla görüşüb. Baş katib AFFA rəhbərliyi adından əlamətdar yubileyi münasibətilə Ağasəlim Mircavadovu təbrik edib, ona xoş arzularını çatdırıb.
Ağasəlim Mircavadov təbrikə və səmimi sözlərə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.