"Udineze" klubunun futbolçusu Tolqay Arslanın evi qarət olunub.
Offsideplus.az xəbər verir ki, oğurluq hadisəsi İtaliya A Seriyasının 7-ci turunda "ağ-qaralar"ın "İnter"lə qarşılaşdığı görüş vaxtı baş verib.
32 yaşlı oyunçuya 12 min avro məbləğində ziyan dəydiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, sözügedən matç "Udineze"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yarımmüdafiəçi bu görüşdə 1 qol vurub.
Qeyd edək ki, Tolqay 2 mövsümdür çıxış etdiyi İtaliya klubunda bütövlükdə 70 oyun keçirib, 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində "Beşiktaş", "Fənərbağça" kimi klublarda oynayıb.