"Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun 1,7 milyon funt-sterlinq dəyərində "Bugatti Veyron" markalı avtomobili İspaniyanın Malyorka şəhərində qəzaya uğrayıb.

Offsideplus.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Avtomobil qaz balonlarının saxlandığı anbara çırpılıb.

Ailəsi ilə Malyorkada istirahət edən Ronaldo maşında olmayıb. Qəza zamanı avtomobildə kimin olduğu məlum deyil. Bədbəxt hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

qqez