“Azərlotereya” ASC tərəfindən təşkil olunan “Şans ulduzu” ani lotereyasında növbəti uduş qeydə alınıb.

Offsideplus.az-ın məlumatına görə, Mingəçevir sakini Mirzəyev Alıyar Sərdar oğlu 10.000 manat qazanıb. Uzun illərdir lotereya alan və tez-tez irili-xırdalı uduşlara sahib olan Alıyar Mirzəyev özünü şanslı insan hesab edir. “Bundan öncə də iri məbləğdə pul udmuşdum, 5.000 manat qazanmışdım. Bu dəfə isə bəxt üzümə güldü və qazancım 10.000 oldu.” - deyə Mirzəyev söyləyir.

Qeyd edək ki, “Şans ulduzu” ani lotereyasında böyük uduşlar 50.000 manat və milyonlarla digər uduşlar öz şanslı qaliblərini gözləyir.

Yeni “Poz Qazan” biletlərini lotereya satış nöqtələrində əldə etmək mümkündür.

“Qızıl”, “Şans ulduzu” və “Brilliant” ani lotereyalarını əldə edərək “Azərlotereya” ilə şansınızı gözlətməyin.