Sentyabrın ilk günündə DÇ-22-nin seçmə mərhələsi çərçivəsində baş tutan Lüksemburq - Azərbaycan görüşündə (2:1) ermənilər ənənəvi təxribata can atıblar.
Offsideplus.az xəbər verir ki, qondarma rejimin bayrağı tribunadan asılsa da, əski parçası dərhal yığışdırılıb.
Bayrağı yığışdıran isə milli komandamızın və "Sumqayıt" klubunun mühafizə xidmətinin rəisi Elnur İbişov olub.
Qeyd edək ki, Lüksemburqda çoxlu sayda erməni yaşayır və onlar ölkəmizə qarşı daim təxribat törətməyə can atıb.
Mənbə: sport24.az