"Qalatasaray" klubunun sabiq prezidenti Mustafa Cengiz xəstəxanaya yerləşdirilib.

Offsideplus.az xəbər verir ki, qəfil səhhətində problem yaranan funksioner təcili xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, 2018-ci ildən "cim-bom"a rəhbərlik edən 71 yaşlı Cengizi bu yaxınlarda keçirilən seçkilərdə qalib olan Burak Elmas əvəzləyib.