Əfsanəvi futbolçu Dieqo Maradonanın ölümündə ittiham olunan həkim Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu dəfə o, sabiq oyunçunun əvəzinə bəzi sənədlərə imza atmaqda günahlandırılır.
Belə ki, Maradonanın saxta imzasının yer aldığı sənədlər hüquq-mühafizə orqanları tərəfindən Lukenin ofisində və evində aşkarlanıb.
Qeyd edək ki, Dieqo Maradona ötən ilin noyabrın 25-də dünyasını dəyişmişdi.