"Neftçi"dən ayrılan Keysuke Honda klubun rəsmi televiziyasına açıqlama verib.
Offsideplus.az xəbər verir ki, yaponiyalı ulduz klubun gələn mövsüm də çempion olacağına inandığını bildirib:
"Burada olduğum üçün xeyli məmnunam. Çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız. Ümid edirəm ki, "Neftçi" növbəti mövsümdə də çempion olacaq. Mən isə buraya gəlib, onlarla birlikdə qalibiyyəti qeyd edərəm. Ümumiyyətlə, buradan ayrılsam da, Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam".