2013-cü ildə məşqçilik karyerasını bitirən Ser Aleks Ferqyuson komandasına transfer edə bilmədiyi futbolçunun adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Gazetta Dello Sport"a danışan 79 yaşlı əfsanə, "Roma"nın ulduzu Françesko Tottini komandasına gətirmək istədiyini deyib. Lakin Totti Roma şəhərinə dərindən bağlı olduğundan bu transfer baş tutmayıb:

"Bu oyunçunu (Françesko Totti) çox bəyənirdik, onu planlarımıza daxil etmişdik. Amma təklifimizi irəli sürən kimi aydın oldu ki, Totti Romanı tərk etmək istəmir. O, bu şəhərə dərindən bağlı idi. Onun CV-si tamamilə ağ kağızdır. Karyerası boyunca ancaq "Roma"nın formasını geyinib".

Qeyd edək ki, Totti 1992-2017-ci illərdə "Roma"nın şərəfini qoruyub.