Helikopter qəzasında həlak olan NBA əfsanəsi Kobe Brayantın həyat yoldaşı Vanessa Brayant Mik Mill mahnısına reaksiya bildirib.

Offsideplus.az xəbər verir ki, amerikalı reperin "Don't Worry (RIP Kobe)" adlı mahnısında Kobe Brayantın qəzası barədə sözlər keçib. "Mənə həmişə sevdiyini deyirsən, amma heç vaxt göstərmədin", cümləsindən sonra Mik Mill bu sözləri işlədib: "Bunun əskikliyini hiss etsəm, helikopterimlə çıxacam və daha bir Kobe olacaq".

Vanessa Brayant bunun Kobe üçün təhqir və hörmətsizlik olduğunu açıqlayıb:

"Bu sətri oxuduqca, kifayət qədər duyğusuz və hörmətsizlik gördüm. Nöqtə. Musiqinizlə tanış deyiləm, amma bundan daha yaxşısını edə biləcəyinizə inanıram. Əgər azarkeşsinizsə, ərimə heyran olduğunuzu göstərmək üçün daha yaxşı bir yol var. Hörmət və nəzakətdən çox uzaqdır".